Reklam resmi
Reklam resmi

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir 

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir 
Dünya

Livan Prezidenti Cozef Aun Türkiyəyə rəsmi səfərə gəlib.

Ajans.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Prezident Sarayında keçirilən rəsmi qarşılanma mərasimindən sonra C.Aun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşüb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirə olunacağı gözlənilir.

Danışıqların yekununda liderlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Mövzular:
Livan Cozef Aun Türkiyə Rəcəb Tayyib Ərdoğan

Digər Xəbərlər