Ağır qəza baş verib: Ölən var
Qaxda minik avtomobilləri toqquşub.
Ajans.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunda, Qax rayonu ərazisindən baş verib.
Hərəkətdə olan “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər həyatını itirib, üç nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Qax xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.(APA)
Mövzular: