Rusiyada yüksəkvəzifəli nazirlik rəsmisi SAXLANILDI
Rusiya Sənaye və Ticarət Nazirliyinin Pilotsuz Sistemlər və Robototexnika Departamentinin rəis müavini Alla Polovçenya Moskvada saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Alla Polovçenya iyulun 29-da saxlanılıb.
Nazirliyin mətbuat xidməti bildirib ki, qurum istintaq orqanları ilə əməkdaşlıq edir və araşdırmaya lazımi dəstəyi göstərir.
Polovçenyanın saxlanılmasının səbəbləri və ona qarşı hər hansı ittihamın irəli sürülüb-sürülmədiyi hələlik açıqlanmayıb.
Mövzular: