Bir gündə üçüncü zərbə: Ukrayna Wildberries-i yenidən VURDU
Ukrayna pilotsuz uçuş aparatları Rusiyada daha bir Wildberries logistika obyektinə zərbə endirib. Bu, gün ərzində şirkətin hədəf alınan üçüncü obyekti olub.
Ajans.az Astra nəşriniə istinadən xəbər verir ki, Perm diyarının Zamulyanka kəndində yerləşən Wildberries çeşidləmə mərkəzində dron hücumundan sonra yanğın baş verib. Məlumat şahidlərin görüntüləri əsasında təsdiqlənib. Hadisə yerindən foto və videolar Ukraynanın Exilenova+ monitorinq kanalı tərəfindən yayımlanıb.
Perm diyarının qubernatoru Dmitri Maxonin bildirib ki, hava hücumundan müdafiə qüvvələri bölgə üzərində 30 pilotsuz uçuş aparatını vurub. Onun sözlərinə görə, hücumun dəf edilməsi zamanı iki qeyri-yaşayış binasına cüzi ziyan dəyib. Xəsarət alan olmayıb.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Penza vilayəti və Udmurtiyada yerləşən Wildberries logistika mərkəzlərinə də zərbələr endirildiyini açıqlamışdı. Hər iki obyektdə yanğın baş verib.