Reklam resmi
Reklam resmi

Ermənistan Rusiyadan2 milyard dollar TƏLƏB EDİR

Ermənistan Rusiyadan2 milyard dollar TƏLƏB EDİR
Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, rəsmi Yerevan ölkə ərazisindəki dəmir yolu infrastrukturundan istifadəyə görə Rusiyadan ildə 2 milyard dollara qədər ödəniş tələb edə bilər.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan dəmir yolu infrastrukturunu öz mülkiyyəti hesab edir və "Cənubi Qafqaz Dəmir Yolu" ilə bağlanmış konsessiya müqaviləsi çərçivəsində məhkəməyə və ya beynəlxalq arbitraja müraciət etmək variantını da istisna etmir.

Baş nazir vurğulayıb ki, Ermənistan öz dəmir yollarından necə istifadə olunacağına müstəqil şəkildə qərar verməlidir və bu məsələdə alternativ mövqe yoxdur.

Bununla yanaşı, Paşinyan problemin sülh yolu ilə həllinə üstünlük verdiklərini də qeyd edib.

"Hazırda, əsasən müxalifət tərəfindən malların qiymətinin mümkün bahalaşacağı ilə bağlı çox danışılır. Lakin belə də ola bilər ki, Ermənistan 30 il ərzində faktiki olaraq pulsuz istifadə olunan bir infrastruktur üçün 2 milyard dollar tələb etməyə başlasın. Mən üstüörtülü danışmıram, açıq şəkildə deyirəm ki, söhbət Ermənistanın mülkiyyəti olan dəmir yolundan gedir və bunun başqa alternativi yoxdur", – deyə Paşinyan bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Nikol Paşinyan Rusiya

Digər Xəbərlər