Qarabağ Universitetindən abituriyentləri TƏƏCCÜBLƏNDİRƏN MƏQAM
Qəbul imtahanlarında yüksək nəticə göstərən bir qrup abituriyent Azərbaycanın əzəli torpağı Xankəndidə yerləşən Qarabağ Universitetinə səfər edib. Tanışlıq turu çərçivəsində gənclər universitetin kampusu, tədris imkanları və tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.
Görüş zamanı Ajans.az saytının rəhbəri Tural Müseyibov abituriyentlərlə söhbət edərək onların Qarabağ Universiteti ilə bağlı ilk təəssüratlarını öyrənib. Gənclər universitetdə yaradılan müasir infrastrukturun, rahat yataqxana şəraitinin və Xankəndidə tələbə həyatı üçün formalaşdırılan mühitin onlarda müsbət təəssürat yaratdığını bildiriblər.
Abituriyentlər qeyd ediblər ki, Qarabağ Universitetində təhsil almaq onlar üçün həm keyfiyyətli ali təhsil, həm də Qarabağın dirçəliş prosesinə töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyır. Onlar universitetdə təhsil almağa böyük maraq göstərdiklərini vurğulayıblar.