Reklam resmi
Reklam resmi

Kerem Bürsin prokurorluğa ÇAĞIRILDI

Kerem Bürsin prokurorluğa ÇAĞIRILDI
Dünya

"Qapımı döyün" serialında canlandırdığı Serkan Bolat obrazı ilə tanınan türkiyəli aktyor Kerem Bürsin Ahbap xeyriyyə təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa çağırılıb.

Ajans.az xəbər verir ki, bu barədə Demirören Haber Ajansı (DHA) məlumat yayıb.

Məlumata görə, Kerem Bürsinlə yanaşı, aktrisalar Berna Laçin, Eda Ece, Farah Zeynep Abdullah və İrem Helvacıoğlunun da ifadə verməsi planlaşdırılır.

Türkiyə mediasının yazdığına görə, aktyorların saxlanılması və ya onlara hər hansı ittiham irəli sürülməsi ilə bağlı məlumat yoxdur.

Halk TV bildirir ki, beş aktyorun prokurorluğa çağırılmasının rəsmi səbəbi hələ açıqlanmayıb. İddialara görə, prokurorun sualları onların Ahbap fondunun xeyriyyə kampaniyaları, sosial şəbəkələrdəki paylaşımları və təşkilatla bağlı digər fəaliyyətləri ilə əlaqədar ola bilər.

Xatırladaq ki, 2023-cü ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra Kerem Bürsin beynəlxalq ictimaiyyətə müraciət edərək zərərçəkənlərə dəstək göstərməyə çağırmışdı. Aktyor ingilis dilində paylaşdığı video müraciətdə Ahbap fondunun ianə rekvizitlərini də yayımlamışdı.

Türkiyə KİV-lərinin məlumatına görə, Kerem Bürsin özü də Ahbap fonduna 200 min türk lirəsi ianə edib. Onun paylaşımı müxtəlif ölkələrdən olan istifadəçilər və tanınmış simalar tərəfindən geniş şəkildə dəstəklənib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kerem Bürsin Türkiyə

Digər Xəbərlər