Reklam resmi
Reklam resmi

Türkiyə F-16 qırıcılarını Estoniyaya göndərdi

Türkiyə F-16 qırıcılarını Estoniyaya göndərdi
Dünya

Türkiyə NATO-nun hava məkanını qorumaq missiyası çərçivəsində Estoniyaya 5 ədəd F-16 qırıcı təyyarə göndərib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 1-dən noyabrın 30-dək davam edəcək bu missiya üçün təyyarələr və hərbi heyət artıq Estoniyadakı Amari hərbi bazasına çatdırılıb. Türkiyə bu işi Portuqaliyadan təhvil alacaq və iyulun 31-də bununla bağlı rəsmi mərasim keçiriləcək.

Bildirilib ki, türkiyəli hərbçilər 24 saat fasiləsiz növbə çəkərək Baltikyanı ölkələrin və NATO-nun səmasını mümkün təhlükələrdən qoruyacaqlar.

Mövzular:
Türkiyə NATO Qırıcı

Digər Xəbərlər