12 yaşlı qızın bədəninə ARMATUR BATDI
Yevlaxın Əkşəm kəndində 12 yaşlı qız yaşadığı evin həyətində oynayarkən xəsarət alıb.
Ajans.az xəbər verir ki, həyətdə oynayan 2014-cü il təvəllüdlü Z. Məmmədova müvazinətini itirərək yıxılıb və bədəninə armatur batıb.
Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra paytaxtdakı klinikalarda birinə köçürülüb. (teleqraf)
Mövzular: