Reklam resmi
Reklam resmi

Ocaq partlayıb, 70 yaşlı qadın xəsarət alıb

Ocaq partlayıb, 70 yaşlı qadın xəsarət alıb
Hadisə

Gəncədə qadın evinin həyətində yandırdığı ocağın partlaması nəticəsində yanıq xəsarətləri alıb.

Ajans.az xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1956-cı il təvəllüdlü M.Abbasova hər iki əllərinin və üz nahiyəsinin yanıq diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(APA)

Mövzular:
Ocaq partlayış

Digər Xəbərlər