Reklam resmi
Reklam resmi

Pavel Durov terrorçu və ekstremistlər siyahısına daxil edilib

Pavel Durov terrorçu və ekstremistlər siyahısına daxil edilib
Dünya

"Telegram" platformasının yaradıcısı Pavel Durov Rusiyanın Federal Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirmişdi ki, Ukrayna xüsusi xidmət orqanlarının rusiyalıları təxribat fəaliyyətinə cəlb etmək üçün istifadə etdiyi iddia edilən "Dayvinchik/Leo" botu ilə bağlı Pavel Durovun beynəlxalq axtarışa verilə biləcəyi istisna edilmir.

Rəsmi qurumlar hələlik Durova qarşı irəli sürülən mümkün ittihamlar və ya siyahıya daxil edilməsinin hüquqi əsasları ilə bağlı əlavə məlumat açıqlamayıblar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Pavel Durov Telegram

Digər Xəbərlər