Bu ölkədə bu il 10 minə yaxın insan ÖLÜB
Almaniyada 2026-cı ilin əvvəlindən bəri müşahidə olunan yüksək temperatur səbəbindən təxminən 10 min nəfər həyatını itirib.
Ajans.az xəbər verir ki, bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Robert Kox İnstitutunun (RKI) həftəlik hesabatında bildirilib.
İnstitutun məlumatına görə, iyulun 19-na olan vəziyyətə əsasən, isti hava ilə əlaqəli ölüm hallarının təxmini sayı 9 800 nəfərə çatıb.
RKI qeyd edib ki, bu göstərici 2016-cı ildən bəri qeydə alınan illik isti hava ilə bağlı ölüm statistikasının hamısını üstələyir.
Mütəxəssislər yüksək temperaturun xüsusilə yaşlı insanlar, xroniki xəstəlikləri olan şəxslər və digər risk qrupları üçün ciddi təhlükə yaratdığını vurğulayırlar.
Mövzular: