Qarabağ suvarma kanalında bir nəfər batıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Mövzular: