Paşinyan özünə yeni mətbuat katibi təyin edib
Ermənistanın baş naziri Nikol Paşinyan yeni mətbuat katibini təqdim edib.
Ajans.az Ermənistan mediasına istinadən xəbər verir ki,bu vəzifəyə 26 yaşlı Melaniya Harutyunyan təyin olunub. O, bu postda Nazeli Baqdasaryanı əvəz edəcək.
Melaniya Harutyunyan hazırda hakim Vətəndaş Müqaviləsi Partiyasının Gənclər Şurasının katibi vəzifəsində çalışır. O, həmçinin partiyanın seçki kampaniyalarında fəal iştirak edib.
Mövzular: