Reklam resmi
Reklam resmi

Türkiyədə zavod işçisi pres maşınında həyatını itirdi

Türkiyədə zavod işçisi pres maşınında həyatını itirdi
Dünya

Türkiyənin Konya şəhərində qablaşdırma fabrikində baş verən istehsalat qəzası nəticəsində bir işçi həyatını itirib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki hadisə saat 11:00 radələrində Karatay rayonunun Büyükkayacık məhəlləsində, Konya Mütəşəkkil Sənaye Bölgəsində yerləşən qablaşdırma müəssisəsində qeydə alınıb.

İlkin məlumata görə, fabrikdə çalışan Ramazan Aydın işlədiyi vaxt pres maşınında sıxışaraq ağır xəsarətlər alıb. Hadisəni görən digər əməkdaşlar dərhal avadanlığı dayandıraraq aidiyyəti qurumlara məlumat veriblər.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin müayinəsi zamanı Ramazan Aydının hadisə yerində həyatını itirdiyi müəyyən edilib.

İlkin araşdırmalardan sonra mərhumun meyiti məhkəmə-tibbi ekspertizanın aparılması üçün Konya Məhkəmə Tibb İnstitutuna göndərilib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə faciə

Digər Xəbərlər