Reklam resmi
Reklam resmi

Daha bir ölkədə istidən ÖLƏNLƏR VAR

Daha bir ölkədə istidən ÖLƏNLƏR VAR
Dünya

Yaponiyada davam edən ekstremal istilər səbəbindən son bir həftə ərzində 45 nəfər isti vurmasından həyatını itirib, minlərlə insan isə xəstəxanaya yerləşdirilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 20–26 iyul tarixləri arasında ölkə üzrə 18 600-ə yaxın şəxs isti vurması diaqnozu ilə xəstəxanalara çatdırılıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 7 700-dən çox artaraq 2026-cı ildə qeydə alınan ən yüksək həddə çatıb.

Məlumata əsasən, xəstəxanaya yerləşdirilənlərdən 710-dan çoxunun vəziyyəti ağır olduğundan onların üç həftədən artıq müalicə alacağı gözlənilir.

Zərərçəkənlərin təxminən 58 faizi 65 yaşdan yuxarı şəxslərdir.

Ölkədə anomal isti hava şəraiti davam edir. İyulun 21-dən etibarən ardıcıl beş gün ərzində Yaponiyanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəni ötüb. Hakimiyyət orqanları əhaliyə zəruri olmadıqca açıq havada qalmamağı, bol maye qəbul etməyi və günəş şüalarından qorunmağı tövsiyə edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya istilər

Digər Xəbərlər