Reklam resmi
Reklam resmi

Türkiyədə avtomobil şarj zamanı alovlanaraq PARTLADI

Dünya

Türkiyənin Kayseri şəhərinin Melikqazi rayonunda şarj olunan elektrik mühərrikli SUV tipli avtomobil qəfil alovlanaraq partlayıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hürriyyət məhəlləsində, Şəhid Miralay Nazım Bəy bulvarında baş verib. İlkin məlumata görə, M.A.-ya məxsus 38 PT 074 dövlət nömrə nişanlı elektrikli avtomobil şarj olunduğu zaman hələlik məlum olmayan səbəbdən yanmağa başlayıb.

Hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb edilib. Polis ərazini mühafizəyə alarkən, yanğınsöndürənlər alovu söndürməyə çalışıblar.

Lakin yanğının söndürülməsi zamanı avtomobil güclü partlayışla alışıb. Buna baxmayaraq, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğınsöndürənlər xüsusi yanğın örtüklərindən istifadə edərək alovu uzunmüddətli müdaxilədən sonra tam söndürə biliblər. Avtomobilə isə ciddi maddi ziyan dəyib.

Partlayış anı hadisə yerində olan bir vətəndaşın mobil telefon kamerası ilə saniyə-saniyə qeydə alınıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə qəza

Digər Xəbərlər