Həyət evi, yoxsa mənzil? Yasamalda yeni yaşayış konsepti nə təklif edir?
Bina evində şəxsi bağçalı mənzil almaq mümkündürmü?
Ajans.az xəbər verir ki, şəhərin mərkəzində yaşayaraq özünə məxsus bağçaya sahib olmaq çoxlarının
arzusudur. Məhz buna görə bağçalı mənzillər son illər alıcıların ən çox maraq göstərdiyi seçimlərdən birinə çevrilib."Park
Yasamal" yaşayış kompleksi də yeni satışa çıxarılan bağçalı mənzilləri
ilə bu imkanı təqdim edir. Hazır və tikintisi davam edən binalarda 2, 3, 4
otaqlı, eləcə də studiya tipli bağçalı və terraslı mənzil seçimləri satışdadır.
Burada hər kəs öz həyat tərzinə və ehtiyacına uyğun mənzil tapa bilər.
Burada uşaqlar üçün təhlükəsiz oyun guşəsi yarada, istirahət küncü qura, sevdiyin bitkiləri yetişdirə və ya ailənlə açıq havada daha çox vaxt keçirə bilərsən. Bütün bunları yaşayış kompleksindən ayrılmadan, öz mənzilinin bir hissəsi kimi istifadə etmək mümkündür.

"Park Yasamal" həmçinin, sakinlərə geniş imkanlara malik
kompleks həyatını təqdim edir. Sakinlər üçün yaradılmış göl ətrafı istirahət
zonaları, geniş və yaşıl park, futbol meydançası, özəl uşaq bağçası, 24/7
kamera nəzarət sistemi, geniş və təhlükəsiz avtodayanacaq gündəlik həyatı daha
rahat və təhlükəsiz edir. Kompleksin ətrafında isə gündəlik yaşam üçün lazım
olan bütün infrastruktur mövcuddur.
Kompleks Yasamalda , 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin yaxınlığında yerləşir və şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı yaradır. Bundan əlavə, uzun illər "Qanlı göl" kimi tanınan su hövzəsinin ətrafında həyata keçirilməsi planlaşdırılan genişmiqyaslı abadlıq və yenidənqurma layihəsi bu ərazinin gələcəkdə daha müasir şəhər parkına çevriləcəyini göstərir.

"Park Yasamal"da həm binaların yerləşməsi, həm də
mənzillərin planlaşdırılması maksimum rahatlıq prinsipi ilə hazırlanıb.
Binaların optimal düzülüşü sakinlərin kompleksin bütün imkanlarından daha
səmərəli istifadə etməsinə şərait yaradır. Mənzillər isə itkisiz planlandığı
üçün istifadə sahəsi maksimum qorunur. Bu isə eyni kvadratmetrdə daha
funksional və rahat yaşayış deməkdir.
Kompleksdə istifadə olunan təmir materialları Avropanın tanınmış brendlərinə
məxsusdur. Mənzillər sakinlərə tam təmirli şəkildə təhvil verilir.
Mənzil sahibi olmaq istəyənlər üçün müxtəlif maliyyələşdirmə imkanları da təqdim edilir. Mənzilləri 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür. Şirkətin təqdim etdiyi yeni "Evini hissə-hissə al" satış modeli isə mənzilə aylıq öhdəliksiz və faizsiz şərtlərlə sahib olmaq imkanı yaradır.

Əgər sən də bina evində şəxsi bağçalı və ya terraslı mənzil sahibi olmaq
istəyirsənsə, "Kristal"ın satış ofisinə yaxınlaşa və ya *1544
nömrəsinə zəng edərək ətraflı məlumat əldə edə bilərsən.
Ətraflı: *1544
Ünvan: