Sərnişinlərin həyatı riskə atıldı? – 140A sürücüsü ilə bağlı iddia
140A marşrutunun sürücüsü sükan arxasında telefonla danışıb. 140A marşrutunun sürücüsü sükan arxasında telefonla danışıb.
Ajans.az-a daxil olan məlumata görə, 140A marşrutu üzrə hərəkət edən, dövlət qeydiyyat nişanı 77-VQ-512 olan avtobusun sürücüsünün sükan arxasında uzun müddət mobil telefonla danışdığı iddia olunur.
İddialara görə, sürücü hərəkət zamanı mobil telefondan istifadə edərək yol hərəkəti qaydalarını pozub. Bu hal həm sürücünün diqqətinin yayınmasına, həm də sərnişinlərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə ataraq qəza təhlükəsinin yaranmasına səbəb ola bilər.

https://t.me/Ajansaz_official/3547
Mövzular: