Reklam resmi
Reklam resmi

Dünyaca məşhur musiqiçi ÖLÜ TAPILIB

Dünyaca məşhur musiqiçi ÖLÜ TAPILIB
Dünya

Fransız musiqiçi və DJ Vinsent Belorje, səhnə adı ilə Kavinski, Parisin 18-ci rayonundakı evində ölü tapılıb.

Ajans.az xəbər verir ki, bu barədə Le Figaro hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, 50 yaşlı musiqiçinin ölüm səbəbinin insult olduğu ehtimal edilir. Bildirilir ki, Belorje son vaxtlar güclü baş ağrılarından şikayət edirmiş.

Hadisə ilə bağlı Paris Prokurorluğu araşdırmaya başlayıb. Ölümün dəqiq səbəbi aparılacaq ekspertizadan sonra məlum olacaq.

Kavinski karyerası ərzində doqquz albom buraxıb. Onun ən məşhur əsərlərindən biri 2010-cu ildə təqdim olunan "Nightcall" kompozisiyasıdır. Mahnı 2011-ci ildə Rayan Qoslinqin baş rolda çəkildiyi "Drive" filmində səsləndirildikdən sonra dünya şöhrəti qazanıb.

Kavinski həmçinin 2024-cü il Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimində də "Nightcall" mahnısını ifa etmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa DJ Vinsent Belorje

Digər Xəbərlər