Reklam resmi
Reklam resmi

Məşhur serialın ulduzu VƏFAT ETDİ

Məşhur serialın ulduzu VƏFAT ETDİ
Dünya

Britaniyalı aktyor Tom Çadbon, "Doctor Who" və "Taxt Oyunları" seriallarındakı rolları ilə tanınan sənətçi, 80 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə The Daily Mirror qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, aktyor həftəsonu dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Tom Çadbon karyerası ərzində bir sıra məşhur film və seriallarda rol alıb. O, "Doctor Who" serialında 1979–1986-cı illərdə müxtəlif obrazları canlandırıb. Aktyor həmçinin "Casino Royale" (2006) filmində və britaniyalı səyyah və casus Gertruda Bellin həyatından bəhs edən "Bağdaddan Məktublar" (2016) ekran əsərində çəkilib.

Çadbonun son ekran işi "Taxt Oyunları" serialı olub. O, burada şahzadə Reqar Tarqaryenlə Lyanna Starkın gizli nikahını rəsmiləşdirən Ali Septon Meynard obrazını canlandırıb.

Tom Çadbon teatr, televiziya və kino sahəsində uzun illər fəaliyyət göstərərək Böyük Britaniyanın tanınmış xarakter aktyorlarından biri kimi yadda qalıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Britaniya Taxt Oyunları

Digər Xəbərlər