İran XİN Quterreşin bəyanatına etiraz edib
“Mövcud vəziyyətin əsas məsuliyyəti ABŞ və İsrailin üzərinə düşür”.
Ajans.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BMT Baş katibi Antonio Quterreşin beynəlxalq hüquqa hörmət olunmaması ilə bağlı son açıqlamalarına münasibət bildirərkən deyib.
“Niyə soyqırımı və hərbi cinayət törədənlərin tam cəzasız qalmasına şərait yaradanları açıq şəkildə qınamaqdan çəkinirsiniz?”, - Bəqai Quterreşə sual ünvanlayıb.
Mövzular: