Rusiyada bu qadağanın müddəti UZADILDI
Rusiya hökuməti 1 avqust 2026-cı ildən 31 yanvar 2027-ci ilədək benzin, dizel, gəmi yanacağı və qazoylun ixracına müvəqqəti qadağa qoyub.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya%20Nazirl%C9%99r%20Kabineti" target="_blank">Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
İmzalanmış sənədə əsasən, sentyabrın 1-dən etibarən məhdudiyyətlər birbaşa istehsalçılar tərəfindən ixrac olunan dizel və gəmi yanacağına, eləcə də qazoyla şamil edilməyəcək.
Bundan əlavə, beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində və humanitar yardım məqsədilə yanacağın ixracına da icazə veriləcək.
Mövzular: