Bu yola girən sürücülər CANINDAN BEZİR
Masazır qəsəbəsində minlərlə sakinin istifadə etdiyi alternativ yol yararsız vəziyyətdədir.
Ajans.az xəbər verir ki, söhbət Masazır dairəsinə daxil olmadan birbaşa Novxanı və Sumqayıt istiqamətinə çıxışı təmin edən yoldan gedir.
Vətəndaşların müraciəti əsasında əraziyə baxış keçirilib. Sakinlərin sözlərinə görə, illərdir təmir olunmayan yol həm sürücülər, həm də piyadalar üçün ciddi çətinlik yaradır.
Mövzular: