Reklam resmi
Reklam resmi

Ağır QƏZA: Xəsarət alanlar var

Ağır QƏZA: Xəsarət alanlar var
Hadisə

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az hadisə Gəncə–Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova, onun 2004-cü il təvəllüdlü qızı Xədicə Hüseynova, həmçinin "VAZ-21015" markalı avtomobilin sürücüsü Əli Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanalardan birinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. (report)

Mövzular:
Göygöl qəza hadisə

Digər Xəbərlər