ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana SƏFƏR EDƏCƏK
İsveçrənin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis avqustun 4-5-də Azərbaycan və Türkmənistana rəsmi səfər edəcək.
Ajans.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində tərəflər ikitərəfli münasibətləri, Cənubi Qafqazda sülh prosesini, eləcə də ATƏT-in Mərkəzi Asiyadakı rolunu müzakirə edəcəklər.
Nazirliyin məlumatına görə, bu səfər payız aylarında Ermənistan və Gürcüstana da davam edəcək regional turun ilk mərhələsidir. Ermənistan və Gürcüstana səfərlərin də ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə diplomatik təmaslarının davamı olacağı bildirilir.
Mövzular: