Türk lirəsi tarixi minimuma ENDİ
Türk lirəsi ABŞ dolları qarşısında növbəti dəfə tarixi minimum səviyyəyə düşüb.
Ajans.az xəbər verir ki, iyulun 31-nə olan məzənnəyə əsasən, Türkiyədə 1 ABŞ dolları 47,49 türk lirəsinə bərabər olub. Bu, indiyədək qeydə alınmış ən yüksək dollar məzənnəsi hesab edilir.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin ilk illərində 1 ABŞ dolları təxminən 1 türk lirəsinə bərabər idi. Həmin dövrdən bəri türk lirəsi dollar qarşısında kəskin dəyər itirərək təxminən 47 dəfə ucuzlaşıb.
Mövzular: