Bu millinin əfsanəvi müdafiəçisi VƏFAT ETDİ
"Milan" klubunun mətbuat xidməti əfsanəvi keçmiş müdafiəçi Franko Barezinin 66 yaşında vəfat etdiyini açıqlayıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, ölümün səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.
Franko Barezi bütün peşəkar futbol karyerasını (1978–1997) "Milan" klubunda keçirib. O, komandanın heyətində altı İtaliya çempionluğu, dörd İtaliya Superkuboku, üç UEFA Çempionlar Liqası və üç UEFA Superkuboku qazanıb.
İtaliya millisinin heyətində isə Barezi 1982-ci il dünya çempionu olub, 1994-cü il dünya çempionatının gümüş, 1990-cı il dünya çempionatının isə bürünc medalını qazanıb.
Mövzular: