Reklam resmi
Reklam resmi

Bu ölkədə prezident seçkilərinin tarixi açıqlanıb

Bu ölkədə prezident seçkilərinin tarixi açıqlanıb
Dünya

Bolqarıstanda prezident və vitse-prezident seçkilərinin ilk turu oktyabrın 25-də keçiriləcək.

Ajans.az xəbər verir ki, Bolqarıstan Milli Məclisi prezident və vitse-prezident seçkilərinin ilk turunun oktyabrın 25-də, zərurət yaranacağı təqdirdə ikinci turunun isə noyabrın 1-də keçirilməsi barədə qərar qəbul edib.

Parlamentdə keçirilən səsvermə zamanı qərarın lehinə 138 deputat səs verib. Qərarın əleyhinə səs verən olmayıb, 7 deputat isə bitərəf qalıb.

Bolqarıstan Konstitusiyasına əsasən, ilk turda heç bir namizəd qalib gəlməzsə, ən çox səs toplamış iki namizəd arasında yeddi gün sonra ikinci tur keçirilir.

Qeyd edək ki, Bolqarıstanda sonuncu prezident seçkilərinin ilk turu 14 noyabr 2021-ci ildə, ikinci turu isə 21 noyabr 2021-ci ildə baş tutmuşdu.

author picture
Leyla Bayandurlu
Mövzular:
Bolqarıstan prezident seçkiləri

Digər Xəbərlər