Reklam resmi
Reklam resmi

Çimərlikdə oğurluq edən şəxs saxlanılıb

Çimərlikdə oğurluq edən şəxs saxlanılıb
Kriminal

Səbail rayonu ərazisində yerləşən çimərliklərin birində oğurluq hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, zərərçəkənlər polisə müraciət edərək içərisində 710 manat dəyərində mobil telefon və digər şəxsi ləvazimatların olduğu çantalarının naməlum şəraitdə oğurlandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı E.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənlərin çantalarını nəzarətsiz qoymasından sui-istifadə edərək əməli törətdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
çimərlik oğurluq kriminal

Digər Xəbərlər