Reklam resmi
Reklam resmi

Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ

Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ
Dünya

Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi hücumdan sonra Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerli fövqəladə vəziyyət elan edilib.

Ajans.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində zərər görən ərazilərdə yaşayan sakinlər təxliyə olunub. Hazırda yeddi uşaq da daxil olmaqla 44 nəfər müvəqqəti yerləşdirmə məntəqələrindədir. Rəsmi bildirib ki, təxliyə olunan şəxslərə bütün zəruri yardım göstərilir.

Qubernator əlavə edib ki, Taqanroq, Azov şəhəri və Azov rayonunda dron hücumlarının baş verdiyi ərazilərə operativ xidmətlər cəlb olunub. Hazırda yanğınların lokallaşdırılması və alovun digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində işlər aparılır.

Yuri Slyusar daha əvvəl bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Azov şəhərində iki neft anbarında yanğın baş verib. Bundan başqa, Taqanroq dəniz limanında da yanğın qeydə alınıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna Rostov vilayəti

Digər Xəbərlər