Reklam resmi
Reklam resmi

Dünyaca məşhur alpinist İTKİN DÜŞÜB

Dünyaca məşhur alpinist İTKİN DÜŞÜB
Dünya

Mərkəzi Asiyada yerləşən Broad Pik dağında baş verən qar uçqunu nəticəsində 10 alpinist itkin düşüb. Onların arasında dünyaca məşhur nepal alpinisti və bloqçu Nirmal Purja (Nimsdai) da var.

Ajans.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, müxtəlif ölkələrdən olan 10 nəfərlik alpinist qrupu 8 051 metr hündürlüyündə yerləşən Broad Pik zirvəsini fəth etmək üçün ekspedisiyaya çıxıb.

İlkin məlumata əsasən, ötən gün günortadan sonra dağın yamacında güclü qar uçqunu baş verib. Bundan sonra ekspedisiya üzvləri ilə əlaqə kəsilib.

İtkin düşənlər arasında ABŞ, Çin, Pakistan, Oman və Nepal vətəndaşlarının olduğu bildirilir. Onların taleyi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Məlumata görə, bu gün hadisə baş verən əraziyə helikopter göndərilməsi planlaşdırılır.

Nirmal Purja (Nimsdai) 2019-cu ildə həyata keçirdiyi "Project Possible" layihəsi ilə dünya şöhrəti qazanıb. O, cəmi 6 ay 6 gün ərzində dünyanın bütün 14 səkkizminlik zirvəsini fəth edərək rekord müəyyənləşdirib.

Nimsdai sosial şəbəkələrdə alpinizmi fəal şəkildə təbliğ edir və "Instagram" hesabında 2,2 milyondan çox izləyicisi var. Onun nailiyyətlərindən bəhs edən "14 Peaks: Nothing Is Impossible" ("14 Zirvə: Heç nə mümkün deyil") sənədli filmi Netflix platformasında yayımlanıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Asiya alpinist

Digər Xəbərlər