İran bu ölkəyə PUA zərbələri endirib
İran Silahlı Qüvvələri bu səhər İraqın Kürdüstan Muxtar Bölgəsində yerləşən kürd müxalifət qruplarının hərbi mövqeləri və bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Ajans.az xəbər verir ki, bu barədə Azad İranTelegram kanalı məlumat yayıb.
Məlumata görə, hücumlardan sonra ərazidə bir neçə güclü partlayış baş verib.
Hadisə nəticəsində ölən, yaralanan və ya dəymiş ziyanın miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Mövzular: