Reklam resmi
Reklam resmi

Kanadada İslam Mərkəzinə silahlı hücum edilib

Dünya

Kanadanın Vinnipeq şəhərində yerləşən İslam Mərkəzinə naməlum şəxslər tərəfindən silahlı hücum edilib.

Ajans.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 30-na keçən gecə baş verib. Təhlükəsizlik kameralarının görüntülərində iki naməlum şəxsin mərkəzin binasına yaxınlaşaraq atəş açdığı əks olunub. Bundan qısa müddət sonra daha iki nəfər həmin binaya gələrək bir neçə pəncərəni sındırıb.

İslam Mərkəzinin nümayəndələri bildiriblər ki, hücum zamanı binanın içərisində insanlar olub. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı polis araşdırmaya başlayıb.

Qeyd edək ki, iyulun 27-də Torontoda yəhudilərə məxsus çörək sexləri şəbəkəsinə də silahlı hücum edilmişdi. Hadisə ilə bağlı polis nifrət zəminində törədilmiş cinayət ehtimalını araşdırır.

Toronto meri Oliviya Çou hücumu antisemitizm nümunəsi kimi qiymətləndirərək onu "rəzil və qəbuledilməz" adlandırıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kanada İslam Mərkəzi

Digər Xəbərlər