Reklam resmi
Reklam resmi

Netanyahu Tramp ilə görüşünü "ən yaxşı görüşlərdən biri" adlandırdı

Netanyahu Tramp ilə görüşünü \"ən yaxşı görüşlərdən biri\" adlandırdı
Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü indiyədək aralarında baş tutan ən uğurlu görüşlərdən biri kimi qiymətləndirib.

Ajans.az  xəbər verir ki, o bu barədə görüşdən sonra verdiyi açıqlamada danışıb.

"Prezident Trampla əla görüş keçirdim. Bu, dostumuz, ABŞ Prezidenti Donald Trampla indiyədək keçirdiyim ən yaxşı görüşlərdən biri idi", – deyə o bildirib.

İsrailin baş naziri qeyd edib ki, danışıqlar zamanı tərəflər İranın nüvə silahı əldə etməsinin qarşısının alınması da daxil olmaqla bir sıra ortaq maraq doğuran məsələləri müzakirə ediblər.

Bundan əvvəl The Wall Street Journal qəzeti Trampın Netanyahunu Ağ Evdə əvvəlki görüşlərlə müqayisədə daha soyuq qarşıladığını yazmışdı.

Tramp və Netanyahu arasında görüş çərşənbə axşamı Ağ Evdə baş tutub. Ağ Evin mətbuat xidməti danışıqların müsbət və məhsuldar atmosferdə keçdiyini açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail ABŞ Benyamin Netanyahu Donald Tramp

Digər Xəbərlər