Reklam resmi
Reklam resmi

Pavel Durovu ömürlük həbs GÖZLƏYİR

Pavel Durovu ömürlük həbs GÖZLƏYİR
Dünya

Telegram messencerinin yaradıcısı Pavel Durov terror fəaliyyətinə yardım ittihamı ilə təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyə bilər.

Ajans.az xəbər verir ki, bu barədə vəkil Oleq Zernov RIA Novosti agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi ("terror fəaliyyətinə yardım") üzrə irəli sürülən ittiham təqsirləndirilən şəxs üçün 15 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Pavel Durovun bu maddə üzrə cinayət işi çərçivəsində beynəlxalq axtarışa verildiyini açıqlayıb.

Rusiya tərəfinin iddiasına görə, Telegram administrasiyası Ukrayna kəşfiyyat orqanları və digər qruplar tərəfindən istifadə edildiyi bildirilən bəzi kanalların, çatların və botların fəaliyyətinin qarşısını almayıb.

Bundan əlavə, Roskomnadzor daha əvvəl Telegram-a qanun pozuntuları ilə bağlı bir neçə dəfə xəbərdarlıq etdiyini, o cümlədən 2025-ci ildə "Dayvinchik/Leo" çat-botunun bloklanması ilə bağlı tələbin yerinə yetirilmədiyini bildirib.

Rusiya hüquq-mühafizə orqanları iddia edir ki, messencer administrasiyası platformadan rusiyalı yeniyetmələrin cəlb edilməsi və terror aktlarının hazırlanması məqsədilə istifadə olunmasının qarşısını almaq üçün kifayət qədər tədbir görməyib. Bu ittihamlar Rusiya rəsmilərinin mövqeyini əks etdirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Telegram Pavel Durov

Digər Xəbərlər