Göygöldə piyadanı vuran "Niva" dərəyə yuvarlandı: Yaralılar var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə-Gəncə-Göygöl-Hacıkənd-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Niva" markalı minik maşını qarşısına çıxan piyadanı vurub. Qəzadan sonra minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə minik maşından olan 2 nəfər və piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.(APA)
Mövzular: