Reklam resmi
Reklam resmi

HİV-lə bağlı qorxulu XƏBƏRDARLIQ

HİV-lə bağlı qorxulu XƏBƏRDARLIQ
Dünya

Beynəlxalq maliyyələşmənin azalması dünya üzrə HİV epidemiyasının yenidən genişlənməsi riskini artırır.

Ajans.az xəbər verir ki, bu barədə BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) dərc etdiyi yeni hesabatda bildirilir.

Hesabata əsasən, hazırda dünyada 39,9 milyon insan HİV-lə yaşayır. Ötən il 630 min nəfər isə QİÇS-lə əlaqəli xəstəliklər səbəbindən həyatını itirib.

UNAIDS-in proqnozuna görə, 2025-ci ildə 1,2 milyon yeni HİV-ə yoluxma halı qeydə alınacaq.

Qurum xəbərdarlıq edir ki, təcili tədbirlər görülmədiyi təqdirdə, 2030-cu ilə qədər dünyada hər il qeydə alınan yeni HİV infeksiyalarının sayı 3 milyonu keçə bilər. Hesabatda bunun əsas səbəblərindən biri kimi HİV-lə mübarizə proqramlarının beynəlxalq maliyyələşdirilməsinin azalması göstərilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
HİV epidemiya

Digər Xəbərlər