Reklam resmi
Reklam resmi

Yaponiyada zəlzələdə ölənlərin sayı 13-ə çatıb 

Yaponiyada zəlzələdə ölənlərin sayı 13-ə çatıb 
Dünya

Yaponiyada yolların zədələnməsinə və binaların çökməsinə səbəb olan genişmiqyaslı zəlzələ nəticəsində ən azı 13 nəfərin həlak olduğu bildirilir.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sanae Takaiçi məlumat verib. O, bildirib ki, bütün xidmətlər kömək gözləyən insanların xilas edilməsi istiqamətində fasiləsiz işləyir.

"Saat 08:30-a (Bakı vaxtı ilə saat 03:30) olan məlumata görə, 13 nəfərin ölümü təsdiqlənib və onların zəlzələnin fəsadları nəticəsində həyatlarını itirdikləri ehtimal olunur", - deyə o qeyd edib. Hökumət rəhbəri əlavə edib ki, yaralananlar var, binaların uçması, yanğınlar və evlərin zədələnməsi də daxil olmaqla ölkəyə ciddi ziyan dəyib.

"Hələ də kömək gözləyən insanlar var və bu, zamanla yarışdır. Mümkün qədər çox insan həyatını xilas etmək üçün yerlərdə bütün resurslarımızı səfərbər edirik", - deyə o bildirib və zərərçəkmiş bölgələrdə isti havanın hökm sürdüyünü də vurğulayıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın sözlərinə görə, 7.1 maqnitudalı yeraltı təkanlar zamanı 7 nəfər ağır xəsarətlər alıb. O bildirib ki, 29 nəfər yüngül xəsarətlər alıb.

Yerli KİV-in məlumatına əsasən, Kyuşu xəstəxanalarında onlarla yaralı var. Həmçinin 9 mindən çox insan təxliyə məntəqələrinə yerləşdirilib.

Təxminən 36.9 min ev işıqsız, 84 minə yaxın mənzil və ev susuz, 9.5 min abonent isə qazsız qalıb. Kihara qeyd edib ki, təbii fəlakətin əsas zərbəsini öz üzərinə götürən Kumamoto prefekturasının bəzi ərazilərində rabitə kəsintiləri müşahidə olunur.

Zəlzələnin fəsadlarının aradan qaldırılmasına özünümüdafiə qüvvələrinin təxminən 4.6 min hərbçisi cəlb edilib.

7.1 maqnitudalı bu zəlzələ son illər ərzində ölkədə qeydə alınan ən güclü təkanlardan biri olub. Yaponiyanın zəlzələ intensivliyi şkalasına əsasən, ayrılan enerjini deyil, təkanların səthdə necə hiss edildiyini göstərən bu yeraltı təkanlar maksimum 7 bal olaraq qiymətləndirilib.

Mövzular:
Yaponiya zəlzələ

Digər Xəbərlər