Reklam resmi
Reklam resmi

Bu ölkədə tarixində ilk dəfə parlamentə qadın sədrlik edəcək

Bu ölkədə tarixində ilk dəfə parlamentə qadın sədrlik edəcək
Dünya

Əlcəzair tarixində ilk dəfə ölkə parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinə qadın sədr seçilib.

Ajans.az Le Figaro qəzetinə istinadən xəbər verir ki, çərşənbə axşamı keçirilən səsvermədə parlamentin spikeri vəzifəsinə allerqoloq və deputat Xalidə Bufedex seçilib. O, paytaxt Əlcəzair şəhərini də əhatə edən Əlcəzair əyalətini təmsil edir.

Xalidə Bufedex ölkənin müstəqilliyinin əldə olunmasında mühüm rol oynamış hakimiyyətyönlü Milli Azadlıq Cəbhəsinin (FLN) üzvüdür. O, bu vəzifəni tutan ilk qadın kimi ölkə tarixinə düşüb.

Nəşrin məlumatına görə, son parlament seçkilərində FLN 407 mandatdan 91-ni qazanaraq ən çox yer əldə edən siyasi qüvvə olub. Seçici fəallığı isə cəmi 21,24 faiz təşkil edib ki, bu da ölkə tarixində ən aşağı göstərici hesab olunur.

Bununla yanaşı, parlamentə qadınların ümumi təmsilçiliyi aşağı səviyyədə qalıb. Belə ki, Milli Xalq Məclisinə seçilən 407 deputatdan yalnız 25-i, yəni 6,14 faizi qadındır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Əlcəzair parlament

Digər Xəbərlər