Reklam resmi
Reklam resmi

Bu ölkədə hakimiyyət DƏYİŞDİ

Bu ölkədə hakimiyyət DƏYİŞDİ
Dünya

Keyko Fujimori Peru Respublikasının prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayıb.

Ajans.az TVPeru telekanalına istinadən xəbər verir.

"Mən, Keyko Fujimori, 2026–2031-ci illər ərzində mənə həvalə edilmiş prezidentlik vəzifələrini sədaqətlə yerinə yetirəcəyimə and içirəm", – deyə o bildirib.

Andiçmə mərasimində Argentina prezidenti Xavyer Miley, Boliviya prezidenti Rodriqo Paz və Çili prezidenti Xose Antonio Kast iştirak ediblər.

Yeni dövlət başçısı çıxışında hökumətin fəaliyyətində iki əsas prioritetin El Niño iqlim fenomeninin yaratdığı fəsadların aradan qaldırılması və ölkədə təhlükəsizliyin gücləndirilməsi olacağını vurğulayıb.

Bundan əlavə, Fujimori infrastrukturun inkişafı, bürokratik prosedurların sadələşdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və yaşlı vətəndaşlar üçün əlavə sosial güzəştlərin tətbiqinin də hökumətin əsas hədəfləri sırasında olduğunu bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Keyko Fujimori Peru

Digər Xəbərlər