Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlanıb
"2026-cı ilin ilk 6 ayı ərzində ölkəyə 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1.091.865 giriş qeydə alınıb".
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, ölkəyə ən çox Rusiya, Türkiyə, Gürcüstan, İran və Qazaxıstan vətəndaşları səfər edib.
Onun sözlərinə görə, BBƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Hindistan, Cənubi Asiya vətəndaşlarının səfərlərində kəskin azalma var.
Mövzular: