Ukraynada poliqonda baş verən partlayışda dörd hərbçi xəsarət alıb
Ukraynanın Xmelnitski vilayətindəki hərbi poliqonda döyüş sursatlarının partlaması nəticəsində dörd hərbçi yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorunun Ofisindən məlumat verilib.
Qurumun məlumatına görə, zərərçəkənlər operativ şəkildə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti barədə məlumat dəqiqləşdirilir.
Bundan başqa, hadisənin baş verdiyi ərazidə olan bir neçə hərbçi ilə əlaqə kəsilib. Axtarışlar aparılır.
Mövzular: