Reklam resmi
Reklam resmi

Ağır QƏZA: Ölən və yaralananlar VAR

Ağır QƏZA: Ölən və yaralananlar VAR
Hadisə

Beyləqan rayonunda yol qəzası baş verib. 

Ajans.az xəbər verir ki, rayon ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Şəfa Əliyev hadisə yerində həyatını itirib.

Qəza zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Əlizamin Şəfa oğlu Əliyev, 1988-ci il təvəllüdlü Həsən Əbilqasım oğlu Həsənov və 1979-cu il təvəllüdlü Zəfər Gülmirzə oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. (apa)

Mövzular:
Beyləqan rayon minik avtomobili qəza

Digər Xəbərlər