Dəhşətli YANĞIN: 200-ə yaxın ev külə döndü - bu ölkədə
Fransanın Jironda departamentinin Le-Porj kommunasında baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində 200-ə yaxın ev yanaraq yararsız hala düşüb.
Ajans.az xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, yanğınsöndürənlər əsas qüvvələrini Kap-Ferre yarımadasındakı bahalı yaşayış məntəqələrinin qorunmasına yönəldib, Le-Porj isə kifayət qədər müdafiəsiz qalıb. Onlar bildiriblər ki, alov yaşayış məntəqəsinə çatmazdan əvvəl sakinlərə vaxtında təxliyə barədə xəbərdarlıq edilməyib.
Sakinlərin iddiasına əsasən, əhali təxliyə edildikdən sonra boş qalan evlər talan edilib.
Mövzular: