Yüksək keyfiyyətli, innovativ təhsilin ünvanı: QARABAĞ UNİVERSİTETİ
Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Fərmanı ilə yaradılan Qarabağ Universiteti fəaliyyətə başladığı ilk illərdən müasir infrastrukturu, innovativ təhsil mühiti və işğaldan azad edilmiş ərazilərdə yüksəkixtisaslı kadr hazırlığına verdiyi töhfə ilə diqqət çəkir. Əzəli torpağımız Xankəndidə yerləşən ali təhsil ocağı tələbələrə beynəlxalq standartlara uyğun təhsil imkanları təqdim etməklə yanaşı, regionun elmi və sosial inkişafında da mühüm rol oynayır.
Ajans.az-ın rəhbəri Tural Müseyibov Qarabağ Universitetində olub və ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub.
Tural Müseyibov universitetlə bağlı təəssüratlarını bölüşərək bildirib ki, Qarabağ Universiteti qısa müddətdə yüksək səviyyəli təhsil mühiti formalaşdırıb. O, burada yaradılan şəraitin müasir tələblərə cavab verdiyini, universitetin həm təhsil, həm də Qarabağın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Mövzular: