Reklam resmi
Reklam resmi

İspaniya kütləvi miqrant axını səbəbindən qoşunlarını səfərbər edib

İspaniya kütləvi miqrant axını səbəbindən qoşunlarını səfərbər edib
Dünya

İspaniya hökuməti Şimali Afrikada yerləşən Seuta anklavında kütləvi miqrant axını səbəbindən Mülki Qvardiyaya dəstək məqsədilə qoşunlarını səfərbər edib.

Ajans.az El País qəzetinə istinadən xəbər verir ki, iyulun 30-da minlərlə miqrant Mərakeşdən Seuta sərhədini keçib. Onlar əvvəlcə quru, daha sonra isə dəniz yolu ilə İspaniya ərazisinə daxil olublar. Sərhədi keçməyə cəhd zamanı azı 18 nəfərin həlak olduğu bildirilir.

Kütləvi miqrant axını səbəbindən Mülki Qvardiya və təcili yardım xidmətləri ciddi yük altında qalıb.

Seuta meri Xuan Xesus Vivas İspaniya hökumətini bölgədə fövqəladə vəziyyət elan etməyə və vəziyyəti nəzarət altına almaq üçün əlavə tədbirlər görməyə çağırıb. O, sakinlərə müraciətində sakitliyi qorumağa səsləyərək bildirib ki, şəhər əvvəllər də oxşar böhranlarla üzləşib və onların öhdəsindən gəlib.

"Birlikdə bu çətinliyin də öhdəsindən gələcəyik", – deyə mer vurğulayıb.

İspaniyanın Baş naziri Pedro Sançesin iyulun 31-də Seutaya səfər edəcəyi gözlənilir.

Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani yüzlərlə miqrantın Mərakeşdən Seuta sərhədini keçməsindən sonra İspaniya ilə Şengen zonasının sərhədlərinə nəzarətin gücləndirilməsinə çağırış etmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
İspaniya miqrant

Digər Xəbərlər