Məhsullarda pestisid TƏHLÜKƏSİ: AQTA NƏ DEYİR?
Yay mövsümündə meyvə istehlakının artması ilə məhsullarda pestisid qalıqları ilə bağlı narahatlıqlar da gündəmdədir. İstehlakçılar satışa çıxarılan meyvələrə necə nəzarət edildiyi, laborator analizlərin nəticələri və normadan artıq pestisid aşkarlanan məhsullarla bağlı görülən tədbirlərlə maraqlanırlar.
Ajans.az mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi sorğu ünvanlasa da, qurum ictimai maraq doğuran sualları cavabsız qoyub.
Beləliklə, ölkədə satışa çıxarılan meyvələrdə pestisid qalıqlarına nəzarətin necə həyata keçirildiyi, bu il aparılan laborator yoxlamaların nəticələri və istehlakçıların təhlükəsizliyi ilə bağlı ictimai maraq doğuran suallar AQTA tərəfindən hələ də cavabsız saxlanılır.
Mövzular: