İran Ermənistanla əməkdaşlığı genişləndirir
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İranın xarici işlər nazirinin müavini Həmid Qənbərini qəbul edib.
Ajans.az xəbər verir ki, görüş zamanı energetika, nəqliyyat və yol tikintisi sahələrində Ermənistan-İran əməkdaşlığı məsələləri müzakirə olunub.
Qeyd olunub ki, tərəflər həmçinin Ermənistan–İran arasında 400 kV gərginlikli üçüncü elektrik ötürmə xəttinin tikintisinin gedişatına toxunublar və bu layihənin strateji əhəmiyyətini vurğulayıblar.
Mövzular: