Reklam resmi
Reklam resmi

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü 

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü 
Siyasət, Xarici siyasət

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.

Ajans.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları arasında da səmərəli əməkdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.

Transsərhəd cinayətkarlıq, kibercinayətkarlıq və digər müasir çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Mövzular:
Baş nazir Əli Əsədov Gürcüstan Baş prokuror Giorgi Qvarakidze

Digər Xəbərlər